Bakıda dəhşətli qəzada ölən şəxs Qarabağ qazisi imiş (YENİLƏNİB+ FOTO)
Xəbər verdiyimiz kimi, Bakıda bir nəfərin ölümü, digərinin yaralanması ilə nəticələnən qəza hadisəsi baş verib.
32gun.az-ın əldə etdiyi məlumata görə, hadisə yerində dünyasını dəyişən Şöhrət Quliyev I Qarabağ Müharibəsinin qazisi olub.
Digər məlumata görə, hazırda xəstəxanada olan digər avtomobilin sürcüsü M.Zülfəliyev də koma vəziyyətindədir.
Nilufər
****13:20
Bakıda avtomobillər toqquşub, ölən və yaralanan var.
Bu barədə 32gun.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə fevralın 10-u saat 10 radələrində Qaradağ rayonunun Puta qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, Abşeron rayon sakinləri - M.Zülfəliyevin idarə etdiyi “Tofaş” və Şöhlət Quliyevin idarə etdiyi “Oka” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən Ş.Quliyev orada ölüb, digər sürücünün vəziyyəti orta-ağırdır.
Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.