HADİSƏ

Azərbaycanda ər və arvadı ŞANTAJ OLUNDU

Siyəzəndə ər və arvadı şantaj edilib.

Daxili İşlər Nazirliyindən 32gun.az-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinə müraciət edən Şuşa şəhər sakini olan bir kişi özünün və həyat yoldaşının barələrində rüsvayedici məlumatların yayılması ilə hədələnərək ondan 200 manat pul alınmasını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Siyəzən şəhər sakini, əvvəllər dələduzluğa görə məhkum olunmuş R.Quliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Oxşar Xəbərlər