HADİSƏ

Azərbaycanda evdə PARTLAYIŞ - Xəsarət alan var

Tovuz rayonunda 2 mərtəbəli binada yanğınla nəticələnən partlayış olub.

32gun.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qazıqulu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Q.Səkiyevə məxsus 2 mərtəbəli, 7 otaqlı evin birinci mərtəbəsinin mətbəxində partlayış olub. Yanğınla nəticələnən hadisə zamanı ev sahibinin həyat yoldaşı, 1959-cu il təvəllüdlü P.Səkiyeva yanıq xəsarəti alıb. O, ağır halda xəstəxanaya yerləşdirilib.

Yanğın nəticəsində mətbəxin 0.5 kvadratmetr sahəsi əşyalarla birgə yanıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Oxşar Xəbərlər