DÜNYA VİDEO ÖZ XƏBƏR

Uşaq kanalizasiyaya fişəng atdı, 8 avtomobil zədələndi

Çinin Sıçuan əyalətində bir uşaq kanalizasiyaya fişəng atıb, nəticədə metan qazının partlaması baş verib və dayanacaqda olan 8 avtomobil zədələnib. 

32gun.az xəbər verir ki, bu barədə Global Times məlumat yayıb.

Yerli polis bir saat ərzində uşağı taparaq saxlayıb. Partlayış nəticəsində avtomobillərə dəyən ziyan 285 min yuan (təxminən 3,8 milyon rubl) olaraq qiymətləndirilib. Zərər çəkmiş nəqliyyat vasitələri üç müxtəlif sığorta şirkəti tərəfindən sığortalanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

İnsidentdən sonra çəkilmiş görüntülərdə azı iki avtomobilin partlayış dalğası ilə ətrafa səpələndiyi və digər maşınların üzərinə düşdüyü görünür.

Nilay 

Oxşar Xəbərlər