Çanaqqala Boğazında Azərbaycanlı kapitan təxliyə edildi - ürək tutması şübhəsi ilə
Çanaqqala Boğazından keçən 'M/T KHUDAYAR YUSIFZADE' adlı ticarət gəmisinin kapitanı, Azərbaycan vətəndaşı S.B. (52) ürək tutması şübhəsi ilə təcili tibbi yardım tələb edib.
32gun.az-ın məlumatına görə, hadisə Nara burnu önlərində, cənub-şimal istiqamətində seyr zamanı saat 20:55 radələrində baş verib.
Sahil Mühafizəsi Komandanlığına edilən müraciətdən sonra saat 21:45-də Milli Tibbi Xilasetmə Dəstəsi (UMKE) tibb heyəti və Sahil Mühafizəsi qrupları gəmiyə doğru hərəkət edib. Saat 22:30-da kapitan 'TCSG-23' Sahil Mühafizəsi qayığı və tibb heyəti tərəfindən huşu yerində və sağ vəziyyətdə götürülüb. Saat 22:50-də Çanaqqala Marinadakı Sahil Mühafizəsi körpüsünə gətirilən S.B. təcili tibbi yardıma təhvil verilib və xəstəxanaya aparılaraq müalicəyə alınıb.
Nilay