MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Məşhur model tədbirdə cəlbedici tərzi ilə diqqət çəkib

Ceyson Stethemın sevgilisi, model Rosi Hantinqton-Uaytli büstqaltersiz, mavi rəngli, bədənə kip oturan və belində kəmər olan geyimdə kamera qarşısına keçib.

32gun az xarici KİV-ə istinadən xəbər verir ki, Model bu obrazını ucu iti ayaqqabılar, Hollivud üslubunda dalğalı saç düzümü və axşam makiyajı ilə tamamlayıb. O, bu geyimdə illər əvvəl brend səfiri olduğu Tiffany-nin təşkil etdiyi nahar tədbirinə qatılıb.

Rosi Hantinqton-Uaytli Ceyson Stethem ilə 2010-cu ildə Coachella musiqi festivalında tanış olub və cütlük qısa müddət sonra münasibətə başlayıb. Onlar 2016-cı ilin yanvarında nişanlanıblar. 2017-ci ilin iyununda cütlüyün Cek Oskar adlı oğlu, 2022-ci ilin fevralında isə İzabella Ceyms adlı qızları dünyaya gəlib. Avqustun əvvəlində Rosi Hantinqton-Uaytli övladları böyüdükdən sonra Ceyson Stethem ilə toy etməyi planlaşdırdıqlarını bildirib.

Qeyd edək ki, model oktyabr ayında bədən quruluşuna görə bir neçə dəfə çəkilişlərdən uzaqlaşdırıldığını açıqlamışdı.

Ayxan 

Oxşar Xəbərlər