DÜNYA
Ruslara məxsus zirehli texnikalar MƏHV EDİLİB - Ukrayna SQ
Rusiyaya məxsus onlarla zirehli texnikanın, hava hücumundan müdafiə sistemlərinin və digər texnikanın məhv edilməsi faktları təsdiqlənib.
32gun.az Unian-a istinadən xəbər verir ki, müharibə başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin bölmələri Rusiya Federasiyasının avadanlıqlarına "Alder" raketləri ilə 50-yə yaxın dəqiq zərbələr endiriblər.
Qeyd edək ki, “Alder” raket sisteminin yaradılması layihəsinin həyata keçirilməsi və onun seriyalı istehsalı üçün xətlərin işə salınması Ukraynaya demək olar ki, 1 milyard UAH-a başa gəlib.
Nurlan Şiraliyev