HADİSƏ ÖZ XƏBƏR

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə məxsus maşın qəzaya səbəb oldu - Şəhidin plakatına çırpıldı / VİDEO

Gəncədə yol qəzası baş verib.

32gun.az-a daxil olan məlumata görə, "Alov" restoranın qarşısında Gülüstan qəsəbəsi, Üçbulaq Yaşayış Kompleksində "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarında  yol kənarında şəhid üçün quraşdırılmış plakata çırpılıb. 

Hadisə şahidlərinin sözlərinə görə qəzaya səbəb qəfil yola çıxan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə (“Azərsu”)  məxsus yük maşını olub.

Xoşbəxtlikdən ölən olmayıb. 

Hadisə yerindən lentə alınan görüntünü təqdim edirik.

Ayxan 

Oxşar Xəbərlər