Bakı şəhəri Nərimanov rayonu, Ağa Nemətulla küçəsində orta yaşlı bir qadın qəfildən huşunu itirərək yerə yıxılıb.
32gun.az-ın məlumatına görə, hadisə ərazidə olan vətəndaşların gözü önündə baş verib.
Ətrafdakı şəxslər dərhal qadına kömək etməyə çalışıblar. Bu zaman həmin ərazidə xidmət aparan iki polis əməkdaşı vəziyyətə operativ müdaxilə edərək dərhal təcili tibbi yardım çağırıblar. Təcili yardım gələnə qədər qadının yanında olublar və daha sonra onu yerə yıxıldığı yerdən qaldıraraq təcili yardım maşınına mindiriblər.
Hadisə yerində olan vətəndaşlara qadının yaxınlarına məlumat veriləcəyi bildirilib. Qadının vəziyyəti və kimliyi barədə hələlik rəsmi açıqlama yoxdur.
Nilay
.
.
.