
"Şans Construction" Vüqar Əhmədovun sədri olduğu "Azərişıq"dan qazandığı tenderlərdən sonra nizamnamə kapitalını qaldırdı - 10 AZN-dən 35 min manata
Xəbər verdiyimiz kimi, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin keçirdiyi satınalma müsabiqələrində diqqət çəkən qaliblərdən biri “Şans Construction” MMC-dir. Şirkət "Azərişıq" vasitəsilə keçirilən tenderlərdə milyonlarla manatlıq sifarişlər əldə edib.
32gun.az-ın əldə etdiyi məlumata görə, “Şans Construction” MMC son dövrlərdə qazandığı tenderlərdən sonra nizamnamə kapitalını artırıb. Belə ki, tenderlərdə qalib gələn zaman cəmi 10 manat olan şirkətin nizamnamə kapitalı hazırda 35 010 AZN təşkil edir.
Ən böyük sifariş ərzaqlıq buğda sahələrinin elektrik təchizatı ilə bağlıdır. Lakin maraqlıdır ki, bu qədər iri layihələr icra edən şirkət haqqında açıq mənbələrdə məlumat yoxdur. Hətta əlaqə vasitələri və rəsmi sayt belə mövcud deyil.
Qeyd edək ki, "Azərişıq" ASC-nin rəhbəri Vüqar Əhmədovdur.
Ayxan