SOSIAL ÖZ XƏBƏR

Fövqəladə Hallar Nazirliyinin “Azərinşaatlayihə” İnstitutu LED avadanlığı alacaq - 464 min manatlıq

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutu led qurğular, onunla bağlı avadanlıqlar və periferiya qurğusunun alınması üçün satınalma elan edib.

32gun.az xəbər verir ki, Satınalmanın ehtimal olunan dəyəri 464 649,27 AZN təşkil edir. Qurumun direktoru Səxavət Böyükbala oğlu Əsədovdur.

Layihənin məqsədi nazirliyin müvafiq sahələrində işlərin keyfiyyətinin artırılması və müasir texnologiyaların tətbiqidir. Satınalma prosesi yekunlaşdıqdan sonra qurğuların quraşdırılması və istifadəyə verilməsi planlaşdırılır.

Ayaz 

Oxşar Xəbərlər