DİGƏR ÖZ XƏBƏR

Keçi “Kia” markalı avtomobilin üstünə çıxıb yarpaq yedi - VİDEO

Moskvada qeyri-adi hadisə baş verib: keçi avtomobilin üstünə çıxaraq yarpaq yeməyə başlayıb.

32gun.az bildirir ki, hadisə barədə “Moskva s oğınyom” Telegram kanalı məlumat yayıb.

Bildirilib ki, hadisə şəhərin Cənubi Butovo rayonunda baş verib. “Yad maşına öz maşınımız kimi görəndik”, – deyə paylaşımda qeyd olunub.

Hadisənin şahidi insidenti videoya çəkib. Görüntülərdə keçinin mavi rəngli “Kia” markalı avtomobilin damında dayanaraq ağacdan yarpaq yediyi görünür. Keçi avtomobilin damını ayaqlayır, daha sonra videonu çəkən şəxs heyvanı uzaqlaşdırmağa çalışır. Keçi ön şüşənin üzərindən sürüşərək kapotun üstündən yola tullanır və qaçır.

Qeyd edək ki, daha əvvəl Moskvada yeniyetmələrin elektrik skuterləri və divandan nəqliyyat vasitəsi düzəldərək həyətyanı sahədə gəzdikləri barədə məlumat yayılmışdı. Kadrlarda məktəblilərin bu “elektrodivanokatı” idarə etdiyi və yolun ortasında onun ilişib qaldığı görünür.

Ayaz 

Oxşar Xəbərlər