DİGƏR ÖZ XƏBƏR

XIII–XIV əsrlərə aid qadın mumiyasında qeyri-adi döymələr müəyyən edilib

Beynəlxalq alimlər qrupu XIII–XIV əsrlərə aid And dağlarından tapılan qadın mumiyasında üzə və əllərə çəkilmiş qeyri-adi döymələr müəyyən edib.

32gun.az bildirir ki, aşkar edilən tapıntı Journal of Cultural Heritage (JCH) elmi nəşrində dərc olunub.

Hazırda İtaliyanın Turin Universitetində saxlanılan mumiya infrarəng spektroskopiyası, rentgen floresans və Raman mikrospektroskopiyası kimi müasir metodlarla tədqiq olunub.

Araşdırmalar nəticəsində yanaqlarda üç düz xətt və biləkdə S-şəkilli naxışlar üzə çıxıb. Bu döymələr adi gözlə görünməzdir.

Alimlər döymələrin tərkibində maqnetit və piroksen kimi mineralların istifadə olunduğunu müəyyənləşdiriblər. Bu, gözlənilməz nəticədir, çünki qədim mədəniyyətlər əsasən kömür əsaslı piqmentlərdən istifadə ediblər. Bu tapıntı belə minerallarla edilən döymələrin ilk məlum nümunəsidir.

Tədqiqatçılar hələlik bu naxışların mənasını müəyyən edə bilməyiblər. Onların fikrincə, döymələrin üzdə yerləşməsi həmin şəxsin cəmiyyətdə xüsusi ritual və ya sosial statusa sahib olduğunu göstərə bilər.

Ayxan 

Oxşar Xəbərlər