MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

42 yaşlı müğənni Kann kinofestivalında pavlin quyruqlu libasla diqqət çəkib

Müğənni Vera Brejneva Kann kinofestivalı çərçivəsində təşkil olunan tədbirdə qırmızı xalı üzərinə çıxıb.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, ulduz həmin axşamdan görüntüləri Instagram səhifəsində paylaşıb.

42 yaşlı Brejneva çıxışı üçün uzun şleyfli, “pavlin quyruğu” stilində libas seçib. Onun obrazını kulon, sırğalar, yüngül dalğalı saç düzümü və nude dodaq boyası ilə tamamlanan axşam makiyajı tamamlayıb.

Ötən həftə müğənni böyük qızını ad günü münasibətilə ictimai şəkildə təbrik edib və nadir hallarda paylaşdığı Sofiya ilə fotoları yayımlayıb.

Brejnevanın iki övladı var. 24 yaşlı Sofiya iş adamı Vitali Voyçenkodan, 15 yaşlı Sara isə biznesmen Mixail Kipermandan dünyaya gəlib.

Qeyd edək ki, böyük qızı Sofiya bioloji atasının deyil, onu böyüdən ögey atasının — Kipermanın soyadını daşıyır. O, şəxsi bloqunda Kipermana çox bağlandığını və anası ondan ayrılsa da, soyadını dəyişmədiyini bildirib. Sofiya uzun müddətdir ABŞ-da yaşayır və təhsil alır. 2019-cu ildə o, humanitar istiqamətli Uittier Kollecinə qəbul olunub — bu barədə Brejneva sosial şəbəkələrdə məlumat vermişdi. Lakin o vaxtdan bəri sənətçi qızının həyatı ilə bağlı təfərrüatları paylaşmadığını və bunun üçün Sofiyanın icazəsi olmadığını vurğulayıb.

Nilay 

Oxşar Xəbərlər