
Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüş keçirib.
32gun.az xəbər verir ki, bu barədə M.Rəhimli özü məlumat verib.
Mütəllim Rəhimli bildirib ki, görüş zamanı Ədalət Vəliyev onu partiya sədri seçilməsi münasibətilə təbrik edib və Ədalət Partiyasının siyasi dialoqda aktiv iştirak edəcəyinə ümidvar olduğunu qeyd edib.
“Görüşdə Ədalət Partiyasının dövlətçilik mövqeyinə və milli maraqlara hər zaman üstünlük verdiyini bir daha vurğuladım. Həmçinin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında partiyamızın fəal mövqe tutacağını diqqətə çatdırdım”, – deyə Mütəllim Rəhimli əlavə edib.
Ayaz