SİYASƏT ÖZ XƏBƏR

Ulu Öndərin gülümsəyən FOTOLARI: Keçmişdən bu günə uzanan mesaj zəfər müjdəsi

​Bəzən bir fotoşəkil minlərlə kəlmənin deyə bilmədiyi həqiqəti pıçıldayar insana. Ulu Öndər Heydər Əliyevin arxivlərdən boylanan bu gülümsəyən fotolarına baxanda adamı qəribə bir qürur hissi bürüyür. Bu sadəcə bir təbəssüm deyil; hər kadrda ayrı bir xarizma, ayrı bir baxış və ən əsası – gələcəyə dikilmiş ümid dolu bir imza var.

​Bu fotolara diqqətlə baxın... Bu uzaqgörən dahi siyasətçinin simasındakı o arxayınlıq sanki illər öncəsindən 44 günlük Vətən müharibəsində qazanacağımız Şanlı Qələbənin xəbərçisidir. Onun hər bir baxışı sanki düşmən bağrını yaran bir mərmi, xalqına isə "hər şey yaxşı olacaq" deyən bir təsəllidir.

Heydər Əliyevin bir amalı olub - Azərbaycanı tam, xoşbəxt, güclü görmək: O öz çıxışlarında deyirdi: “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”.

Həmçinin Heydər Əliyevin bu sözləri hər bir azərbaycanlının qəlbində taxt qurub:

"Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam" 

​Bir media üzvü olaraq vurğulamaq istəyirəm ki, nə xoş bizə ki, bu gün həmin o ümidlər gerçəyə çevrilib. Ümummilli Liderin yarımçıq qalmış arzularını, onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev tamamladı. Rəşadətli ordumuz torpaqlarımızı geri aldı, düşməni yerində oturtdu və Azərbaycanın sarsılmaz gücünü bütün dünyaya sübut etdi.

​Bu gün bu fotolara baxarkən daha uca səslə deyə bilirik: Ruhun şaddır, Böyük İnsan! Sənin gülümsəyən gözlərlə baxdığın o gələcək artıq bu gündür və o Zəfər bizimdir!

Ulu Öndərin bu gün bütün arzuları reallaşıb. Cismən aramızda olmasa da, ruhən bizimlə birlikdədir.  

Həyatının mənasını xalqına, vətəninə, dövlətinə xidmətdə görən Heydər Əliyev milyonların qəlbində Ulu Öndər, Dahi rəhbər, Ümummilli Lider kimi yaşayır və yaşayacaqdır.

Aygün İlqarqızı/ 32gun.az Xəbər Portalının baş redaktoru 

Oxşar Xəbərlər