HADİSƏ ÖZ XƏBƏR

21 yaşlı gəncin öldüyü qəzada avtomobil iki yerə bölünübmüş - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Xəbər verildiyi kimi , Gəndab-Yalama yolunun Xaçmaz rayonunun Qusarçay kəndindən keçən hissəsində "Mersedes" markalı avtomobil yoldan çıxaraq ağaca dəyib. Nəticədə avtomobildəki sərnişin, 21 yaşlı Araz Ehtibar oğlu Məmmədov hadisə yerindəcə ölüb.

32gun.az Xaçmaz rayonunda baş verən dəhşətli yol qəzası ilə bağlı qəza yerindən lentə alınmış görüntüləri əldə edib. Kadrlardan da açıq şəkildə görünür ki, “Mercedes” markalı avtomobil toqquşmanın gücündən iki yerə bölünüb.

Redaksiyamıza daxil olan məlumata görə, dünyasını dəyişən Araz Məmmədov Qusarçay kənd sakini olub və yaxın günlərdə hərbi xidmətdən qayıdıbmış.

Faktla bağlı araşdırma aparılır.

Nilay 

-->

Oxşar Xəbərlər