SOSIAL ÖZ XƏBƏR

Adil Əliyev Murovdağ döyüşlərində itkin düşən leytenantın ailəsini ziyarət etdi – “Bu Vətən sizi unutmayacaq”

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev Vətən Müharibəsində itkin düşən qəhrəman zabitin ailəsinə baş çəkib.

32gun.az xəbər verir ki, Adil Əliyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Murovdağ istiqamətində gedən ağır döyüşlərdə itkin düşən Azərbaycan Ordusunun leytenantı Vəlizadə İbrahimin ailəsini evində ziyarət edib.

Ziyarət zamanı ailənin qayğıları ilə maraqlanılıb, Vətən uğrunda canından keçən və taleyindən hələ də xəbər alınmayan hərbçilərin daim yaddaşlarda yaşayacağı vurğulanıb.

“Bu torpaqlar asanlıqla alınmayıb. Oğlunuz kimi igidlərin sayəsində bu gün azad Vətəndə yaşayırıq. Dövlət də, xalq da daim sizin yanınızdadır”, – deyə Adil Əliyev bildirib.

Qəhrəman leytenantın ailəsi göstərilən diqqət və ehtirama görə təşəkkürünü bildirib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Ayxan 

Oxşar Xəbərlər