“Krasnodar” klubunun hücumçusu Olaqunle Olusegun yoldaşlıq görüşündə Rusiya millisinin əksinə oynamaq üçün dəvət alıb.
32gun.az bildirir ki, bu barədə Nigeriya millisi”nin mətbuat xidməti məlumat verib .
Matç 6 iyun, cümə günü Moskvanın “Lujniki” stadionunda keçiriləcək.
23 yaşlı forvard hələlik Nigeriya milli komandasının heyətində rəsmi oyunlarda iştirak etməyib.
Olusegun ötən mövsümdə “Krasnodar”ın heyətində 19 oyuna çıxıb və 2 qol vurub. “Buzağalar” isə mövsümün sonunda tarixində ilk dəfə Rusiya çempionu adını qazanıblar.
Ayaz