Kaliforniya Universitetinin San-Fransisko şöbəsinin alimləri mədəaltı vəzinin xərçəng hüceyrələrinin müxtəlif orqanlarda yaşamasına imkan verən əsas mexanizmi tapıblar. Bu kəşf həmin aqressiv xərçəng növünün müalicəsində yeni yanaşmaların yaranmasına səbəb ola bilər.
32gun.az xəbər verir ki, tədqiqat Nature jurnalında dərc olunub.
Tədqiqat qrupu göstərib ki, PCSK9 zülalı xərçəng hüceyrələrinin metastaz vermə qabiliyyətində həlledici rol oynayır. Qara ciyərdə, xolesterin çox olan mühitdə, PCSK9 səviyyəsi aşağı olan hüceyrələr xolesterini ətraf mühitdən mənimsəyir. Ağ ciyərdə isə, xolesterinin az olduğu şəraitdə, yüksək PCSK9 səviyyəsinə malik hüceyrələr xolesterini özləri sintez edir və oksigen zədələnməsindən qorunurlar.
Eksperimentlər sübut edib ki, PCSK9 səviyyəsinin süni artırılması “qara ciyər” tipli xərçəng hüceyrələrinin ağ ciyərə miqrasiyasına səbəb olur.
Tədqiqatın aparıcı müəllifi doktor Ruşika Perera izah edir: "Bu, xərçəng hüceyrələrinin xolesterin udma mexanizmlərinə yönəlmiş yeni müalicə imkanlarını açır."
Mədəaltı vəzinin xərçəngi xüsusilə erkən metastaz verməsi ilə təhlükəlidir. Bu yeni anlayış şişin yayılmasının qarşısını alma üsullarının işlənib hazırlanmasına yardımçı ola bilər.
Nilay