HADİSƏ ÖZ XƏBƏR

Tovuzda dəhşətli qəza: İbrahimhacılı kəndində iki "jiquli" toqquşdu - VİDEO

Tovuz rayonunun İbrahimhacılı kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

32gun.azın məlumatına görə, VAZ 2106 və VAZ 2107 markalı avtomobillər toqquşub.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü ağır xəsarət alıb. Hadisə yerinə toplaşan vətəndaşlar əzilmiş avtomobillərdə sıxışıb qalan sürücüləri çıxararaq təcili tibbi yardım çağırıblar. Yaralılar Tovuz rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Redaksiyaya daxil olan məlumata  görə, ağ rəngdə olan VAZ 2106-nın sahibi Samir adlı şəxsdir. Ölüm faktı qeydə alınmasa da, sürücülərin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ayaz 

.

.

.

.

.

.

Oxşar Xəbərlər