Rusiya Hava Hücumundan Müdafiə sistemləri Brayan vilayəti üzərində Ukraynaya məxsus 4 PUA-nı vurub.
32gun.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 5 iyun tarixində Moskva vaxtı ilə saat 19:10 radələrində Brayan vilayəti üzərində Ukraynaya məxsus dörd ədəd təyyarə tipli pilotsuz uçuş aparatı Rusiya Hava Hücumundan Müdafiə (HHM) sistemləri tərəfindən məhv edilib.
Nazirlik hadisə ilə bağlı əlavə təfərrüat təqdim etməyib.
Brayan vilayətinin qubernatoru Aleksandr Boqomaz Rusiya HHM qüvvələrinə təşəkkür edib və qeyd edib ki, Ukrayna tərəfinin hücumu nəticəsində xəsarət alan olmayıb, həmçinin infrastrukturda dağıntı qeydə alınmayıb. Hadisə yerində operativ və fövqəladə xidmətlər çalışır.
Ayxan