İDMAN ÖZ XƏBƏR

Promes Dubayda həbs edilib

Dubay polisi futbolçu Kvinsi Promesi saxlayıb, o Niderlandaya ekstradisiya edilə bilər. 

32gun.az bildirir ki, Dubay şəhər polisinin futbolçunu  yaşadığı evdə saxladığı barədə De Telegraaf məlumat yayıb. Nəşrin məlumatına görə, saxlanılma Niderlandın ekstradisiya tələbi ilə əlaqəlidir.

Hazırda Promes Dubayda istintaq təcridxanasına yerləşdirilib. O, Niderlandın Kral Hərbi Polisi müşayiəti ilə bu ölkəyə ekstradisiya oluna bilər. Orada onu 7,5 il həbs cəzası gözləyir.

Qeyd edək ki, Promesin Rusiyanın "Spartak" klubu ilə müqaviləsi 30 iyun 2024-cü ildə başa çatıb və klub onunla əməkdaşlığı davam etdirməyib. 5 sentyabr 2024-cü ildə isə Promes BƏƏ-nin ikinci liqasında çıxış edən "Dubai United" klubunun oyunçusu olub.

2024-cü il fevralın 14-də Amsterdam məhkəməsi Kvinsi Promesi kokain qaçaqmalçılığı ilə bağlı iş üzrə 6 il müddətinə azadlıqdan məhrum edib. Proses yanvarın 24-də keçirilib, prokurorluq futbolçu üçün 9 il həbs tələb edib. Fevralın 16-da isə Promes barəsində beynəlxalq axtarış elan olunub.

Bundan əlavə, o, ailə məclisində əmisi oğluna bıçaqla hücum etdiyinə görə 1,5 il əlavə həbs cəzasına məhkum edilib.

Ayaz 

Oxşar Xəbərlər