HADİSƏ ÖZ XƏBƏR

Dəhşətli qəzanın yeni görüntüləri yayıldı / VİDEO

Xəbər verdiyimiz kimi, 4 gün öncə Qax-Zaqatala yolunun Güllük kəndindən keçən hissəsində “Honda”, “Hyundai” və “VAZ-2106” markalı avtomobillərin iştirakı ilə zəncirvarı yol qəzası baş verib, nəticədə 4 nəfər xəsarət alıb. Xəsarət alanlardan 44 yaşlı Eşqin İsmayılov, 43 yaşlı Gülər İsmayılova və 20 yaşlı Qalib İsmayılov bir ailənin üzvləri olub, digər yaralı isə “Honda” markalı avtomobilin sərnişini, 30 yaşlı Ayşən Əliyevadır.

Qəza zamanı xəsarət alan 44 yaşlı Eşqin İsmayılovun  Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsində dünyasını dəyişməsi 12 iyun gecə saatlarında bildirilib.

32gun.az xəbər verir ki, baş verən qəzanın dəhşətli görüntüləri ortaya çıxıb.

Görüntülər qarşıdan gələn avtomobildəki video reyestri tərəfindən çəkilib.

Həmin görüntüləri təqdim edirik:

Ayaz

 

Oxşar Xəbərlər