Qəbələ rayonunda hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yoldan çıxıb və "KamAZ" yük maşını ilə toqquşub.
32gun.az-a hadisə şahidlərinin bildirdiyinə görə, qəza zamanı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü İsgəndərov Aqşin müxtəlif xəsarətlər alıb.
Faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır.
Hadisə yerinə polis və səhiyyə əməkdaşları sövq edilib. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
Ayaz