
Qazaxıstanlı tennisçi Aleksandr Bublik Almaniyanın Halle şəhərində keçirilən ATP-500 seriyalı turnirin yarımfinalında rusiyalı Karen Xaçanovu məğlub edib.
32gun.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən və 2 saat 2 dəqiqə davam edən qarşılaşma üç setdə başa çatıb – 4:6, 7:6 (7:5), 6:4.
Statistikaya əsasən, Xaçanov 15 dəfə əla servislə fərqlənsə də, üç ikiqat səhv edib və qazandığı beş breyk imkanından yalnız birini reallaşdıra bilib. Bublik isə 18 əla servis vurub, dörd ikiqat səhvə yol verib və iki breyk imkanından birini istifadə edib.
Finalda Aleksandr Bublik daha bir rusiyalı tennisçi – Daniil Medvedevlə qarşılaşacaq.
Qeyd edək ki, Bublik əvvəllər Rusiyanı təmsil edib, lakin 2016-cı ildən Qazaxıstan adından çıxış edir. O, 2021-ci ildə Fransanın Açıq Çempionatında (Roland Garros) cütlük yarışında Böyük Dəbilqə turnirinin finalçısı olub, həmçinin təkbətək yarışda dörd ATP turnirində qalib gəlib. Tennisçi həm 2020, həm də 2024-cü il Yay Olimpiya Oyunlarında iştirak edib.
Xaçanovun isə 29 yaşı var, onun aktivində yeddi ATP titulu mövcuddur. O, Böyük Dəbilqə turnirlərində ən yaxşı nəticələrini 2022-ci il ABŞ Açıq Çempionatında və 2023-cü il Avstraliya Açıq Turnirində yarımfinala yüksəlməklə göstərib. 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarını buraxsa da, o, 2020-ci ilin Tokio Yay Olimpiadasında (pandemiya səbəbindən 2021-ci ildə keçirilib) gümüş medal qazanıb – finalda almaniyalı Aleksandr Zverevə uduzub.
Ayaz