MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Puqaçova və Qalkinin Kiprdə elit malikanəsi: 4 milyon dollardan bahadır

Puqaçova və Qalkin Kiprdə Aralıq dənizi sahilində dəbdəbəli malikanədə yaşayır

Rusiya estradasının məşhur siması Alla Puqaçova və tanınmış şoumen Maksim Qalkin hazırda Kiprdə, Aralıq dənizi sahilində yerləşən dəbdəbəli malikanədə yaşayırlar.

32gun.az xarici mənbələrə istinadla xəbər verir ki, ikimərtəbəli, müasir üslubda tikilmiş bu yaşayış evi sahil zolağında yerləşir və ərazi mühafizə olunur. Girişdə mühafizəçi olsa da, ərazini əhatə edən yüksək hasar yoxdur.

Malikanə iki mərtəbədən, zirzəmi otağından, böyük hovuzdan, gül-çiçəklərlə bəzədilmiş terrasdan və dörd sanitar qovşağından ibarətdir. Evdəki interyer Moskva ətrafındakı Qryaz kəndindəki keçmiş iqamətgahlarından fərqli olaraq, daha sadə və lakonik tərzdə dizayn olunub.

Əmlakın dəyəri təxminən 350 milyon rubl (yəni 4,5 milyon dollar) olaraq qiymətləndirilir. İllik texniki baxım və xidmət xərcləri isə (o cümlədən mühafizə və kommunal xidmətlər) təxminən 7 000 avro təşkil edir.

Nilay 

Oxşar Xəbərlər