
Fransanın "Nant" klubunun braziliyalı yarımmüdafiəçisi Duqlas Auqusto "Krasnodar"la müqavilə imzalayacaq.
32gun.az xəbər verir ki, bu barədə L'Equipe məlumat yayıb.
Mənbə iddia edir ki, komandalar artıq razılığa gəliblər. Rusiya klubu əvvəlcə 28 yaşlı futbolçu üçün 4 milyon avro ödəmək istəsə də, sonda transfer məbləği 6,5 milyon avro olacaq.
Auqusto 2023-cü ilin yayından "Nant"da çıxış edir. Ötən mövsüm o, Fransa çempionatında 30 matçda 4 qol vurub . Futbolçunun bazar dəyəri 6 milyon avro olaraq qiymətləndirilir.
“Krasnodar” 2024/25 mövsümü çempionatını 67 xalla başa vurub. Komanda Rusiya Premyer Liqasında (RPL) ölkə çempionatının son turunda Moskva “Dinamo”suna 3:0 hesabı ilə qalib gələrək qələbəni təmin edib. 2008-ci ildə yaradılan klub üçün bu çempionat tarixdə ilk olub.
Ölkə çempionatında ikinci yeri 66 xala malik Sankt-Peterburqun “Zenit” komandası tutub. İlk üçlüyü 59 xalla Moskvanın ÇSKA komandası tamamlayıb. Dördüncü pillədə qərarlaşan Moskvanın "Spartak"ı isə iki xal geridə qalıb.
Ayaz