
Məşhur teleaparıcı təmtəraqlı toyuna 5,5 milyon xərcləyib
Rusiyalı teleaparıcı Ksenya Borodina bloger Nikolay Serdyukovla iyunun 23-də evlənib. Bu, onun üçün üçüncü evlilikdir.
32gun.az xəbər verir ki, tədbirin təşkilatçısı, “Лавка чудес” event-agentliyinin rəhbəri Yekaterina Akimovanın “Абзац” nəşrinə verdiyi məlumata görə, toyun ümumi dəyəri 5,5 milyon rubldan çox olub.
Tədbir Moskva ətrafının ən bahalı məkanlarından biri olan “Villa Michetti”də baş tutub. Yalnız məkanın icarəsi 2 milyon rubl təşkil edib. Tədbirin bəzədilməsi üçün isə təxminən 3 milyon rubl xərclənib. Akimova bildirib ki, dekorasiyalar paytaxtın tanınmış dizaynerləri tərəfindən hazırlanıb və “göyü əks etdirən gümüş kürəciklər”lə bəzədilmiş ağ mərmər döşəmə xüsusi diqqət çəkib.
Borodinanın gəlinlik və digər geyimlərinə isə ümumilikdə 500 min rubl xərcləndiyi qeyd olunub.
Qeyd edək ki, Ksenya Borodina bundan əvvəl iş adamları Yuri Budaqov və Kurban Omarovla evli olub. Hər iki evlilikdən onun iki qızı — Marusya və Teona dünyaya gəlib.
Ayaz