
Tovuz rayonunda dönərdən kütləvi zəhərlənmə hadisəsi baş verib.
32gun.az xəbər verir ki, 25 iyun 2025-ci il tarixində saat 16:55-dən etibarən zəhərlənmə şübhəsi ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilənlərin sayı artmaqdadır.
İlkin mərhələdə 12 nəfər xəstəxanaya yerləşdirilsə də, son məlumatlara görə zəhərlənənlərin sayı 28-ə çatıb. Onlardan bəziləri azyaşlılardır. Zəhərlənənlər arasında bir hamilə qadın da var.
TƏBİB-dən verilən məlumata əsasən, xəstələrin hər birinə zəruri tibbi yardım göstərilib, vəziyyətləri stabil qiymətləndirilir. Müalicə hazırda xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.
Zəhərlənən şəxslərin bir neçəsinin kimliyi də müəyyənləşib. Onlar arasında 2022-ci il təvəllüdlü Əli Əliyev, 2007-ci il təvəllüdlü Aysu Cəfərova, 1979-cu il təvəllüdlü Xatirə Musayeva, 2017-ci il təvəllüdlü Rəvan Eyvazov və digərləri var.
Faktla bağlı aidiyyəti qurumlar araşdırmalara başlayıb. İlkin ehtimallara görə zəhərlənməyə dönər səbəb olub. Hadisənin baş verdiyi iaşə obyektində yoxlamalar aparılır.
Ayaz