İDMAN ÖZ XƏBƏR

Hülya Avşarın keçmiş sevgilisi  “Fənərbağça” prezidentliyinə namizədliyini irəli sürdü

Türkiyənin tanınmış iş adamı Sadəttin Saran “Fənərbağça” İdman Klubuna prezident olmaq niyyətini rəsmən bəyan edib.

32gun.az xəbər verir ki, 61 yaşlı funksioner bildirib ki, klubun daha güclü və uğurlu olması üçün sentyabr ayında baş tutacaq prezident seçkilərində iştirak etməyə qərar verib:
“Fənərbağça” təkcə basketbol deyil, digər sahələrdə də qazandığı uğurlarla dünyanın sayılıb-seçilən idman klublarındandır. Futbol komandamızın da daim zirvədə olması önəmlidir. Dostlarımızla birlikdə bu məsuliyyətli missiyanı yerinə yetirməyə tam hazırıq. Azarkeşlərimizin bu yolda bizə güvənməsi yetərlidir.”

Hazırda klubun prezidenti vəzifəsini Ali Koç icra edir. Sentyabrda keçiriləcək seçkilərdə onun da namizəd olub-olmayacağı hələlik bəlli deyil.

Xatırladaq ki, Sadəttin Saran bir vaxtlar məşhur sənətçi Hülya Avşar ilə münasibəti ilə də tez-tez medianın gündəminə gəlmişdi. Onların uzun illər davam edən sevgisi dönəmin ən çox müzakirə olunan mövzularından biri olub.

Ayaz 

Oxşar Xəbərlər