
Siyəzən rayonunda bir neçə küçənin vəziyyəti acınacaqlı haldadır.
32gun.az xəbər verir ki, xüsusilə mərkəzi küçələrdən biri olan Tofiq İsmayılov küçəsində zibilliklərin yığılması və onlardan yayılan güclü üfunət qoxusu sakinlər üçün ciddi narahatlıq mənbəyinə çevrilib.
Zibilin düzgün toplanmaması və təmizlənməməsi nəticəsində küçədə hərəkət etmək demək olar ki, mümkünsüzdür.
Yerli əhali məsələ ilə bağlı aidiyyatı qurumlardan tədbir görməyi tələb edir.
Nilay