KRİMİNAL

Ziyəddin Səfərov Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb

Ziyəddin Səfərov hadisə baş verən gün səhər saatlarında Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb.

"32gun.az" xəbər verir ki, bunu Baş prokurorluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair mətbuat konfransı zamanı Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov məlumat verib.

O bildirib ki, 27 iyun 2025-ci ildə Azərbaycan vətəndaşları Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən öldürülməsi nəticəsində araşadırma başlanılıb:

"İlkin araşdırma zamanı məlum olub ki, Rusiya hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat nəticəsində azərbaycanlılar saxlanılıb. Əməliyyat qurumunun əməkdaşları tərəfindən onlara ağır xəsarətlər yetirilib. Nəticədə Hüseyn Səfərov elə həmin gün Yekaterinburq şəhərində ölüb. Ziyəddin Səfərov isə həmin gün səhər saatlarında Rusiya hüquq mühafizə-orqanlarının avtomobilində ölüb".

Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqi Pərviz Cəlilov qeyd edib ki, Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub, bədənində hansısa bir xəsarət olmayıb.

Oxşar Xəbərlər