ÖZ XƏBƏR

Yekaterinburqda azərbaycanlı Şahin Lalayev barəsində həbs qərarı verildi

Yekaterinburqun Leninski Rayon Məhkəməsi adam öldürməyə cəhdlə bağlı saxlanılan azərbaycanlı Şahin Lalayevin barəsində həbs qərarı verib.

32gun.az xəbər verir ki, Lalayev iyulun 19-dək istintaq təcridxanasına göndərilib.

O, məhkəmədə özünü təqsirli bilmədiyini bildirib.

Müdafiə tərəfi onun barəsində daha yüngül qətimkan tədbirinin seçilməsini tələb etsə də, məhkəmə bu vəsatəti təmin etməyib. Proses zamanı zaldan diaspor nümayəndələrinin iştirakı qeydə alınmayıb.

Ayaz 

Oxşar Xəbərlər