
“İMB Food Service” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Operativ vergi nəzarəti çərçivəsində 59824.07 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.
32gun.az-ın əldə etdiyi məlumata görə, sanksiya pul vəsaitinin uçotdan gizlədilməsi və ya ümumiyyətlə uçota alınmaması, eləcə də malların qanunvericiliyə uyğun sənədlərlə rəsmiləşdirilməməsi faktları əsasında tərtib olunmuş akta əsasən verilib.
Bundan əlavə, şirkət üzrə 277828.10 manat məbləğində vergi borcu da müəyyən edilib.
“İMB Food Service” MMC-nin qanuni təmsilçisi Zakir Əliyev Xudaş oğludur. Nizamnamə kapitalı isə cəmi 50 manat təşkil edir.
Ayaz