HADİSƏ ÖZ XƏBƏR

Göyçayda "Mercedes"  qəzaya uğrayıb

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

32gun.az-ın əldə etdiyi məlumata görə, Mercedes-Benz markalı minik avtomobili qəzaya uğrayıb.

Hadisə nəticəsində avtomobilin ön hissəsi ciddi zədələnib. Kadrlardan görünür ki, nəqliyyat vasitəsinin kapotu əzilib, sol tərəf demək olar ki, yararsız vəziyyətə düşüb.

Qəzanın başvermə səbəbi araşdırılır,  sürücü xəsarət alıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Ayaz 

Oxşar Xəbərlər