
Xəbər vermişdik ki, Rusiyanın paytaxtı Moskvada Azərbaycan kriminal dairələrinin tanınmış simalarından biri, “qanuni oğru” kimi tanınan Vaqif Süleymanov saxlanılıb.
İyulun 2-də Rusiyanın Orenburq şəhərində azərbaycanlı kriminal avtoritet, “Zaur” kimi tanınan Zaur Şipilov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
32gun.az xəbər verir ki, ona qarşı cinayətkar təşkilat yaratmaq və ya belə təşkilatda iştirak etmək maddəsi ilə ittiham irəli sürülüb.
Hazırda Rusiya istintaq orqanları Zaur Şirlilovun fəaliyyəti ilə bağlı araşdırmalar aparır. Onun hansı cinayətkar qruplaşmanın tərkibində olduğu və regionda hansı fəaliyyətlə məşğul olduğu dəqiqləşdirilir.
Ayaz