HADİSƏ ÖZ XƏBƏR

Azərbaycan vətəndaşı Türkiyədə sərhəddə rüşvət verərkən yaxalanıb - Qəribə olay

Kosova Polisi Merdar sərhəd keçid məntəqəsində bir xarici ölkə vətəndaşının rüşvət verməyə cəhd etdiyi üçün saxlanıldığını açıqlayıb.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı olan şəxs sərhədi qanunsuz keçmək məqsədilə xidmətdə olan polis əməkdaşına 20 avro rüşvət təklif edib. Sərhəd Polisi heyəti tərəfindən aşkar edilən hadisə dərhal araşdırılaraq şübhəli şəxs saxlanılıb.

Şəxsin ifadəsi alındıqdan sonra prokurorluğun göstərişi ilə həbsxanaya göndərilib.

Hadisə ilə bağlı aidiyyəti məhkəmə orqanları tərəfindən araşdırma davam etdirilir.

Ayaz 

Oxşar Xəbərlər