HADİSƏ ÖZ XƏBƏR

Ağstafada faciə: 24 yaşlı qadın faciəvi şəkildə öldü / Həyat yoldaşı saxlanılıb + Bir ailədən ard-arda 4 ölüm

Ağstafa rayonunun Qırlı kəndində dəhşətli hadisə baş verib.
32gun.az-ın əldə etdiyi məlumata görə, 24 yaşlı Şəfayət İsmayılova faciəvi şəkildə həyatını itirib.

İlkin məlumatlara əsasən, Şəfayət İsmayılovanın üzərinə nərdivan düşüb. Ailəsinin bildirdiyinə görə, o, evin pəncərələrini silərkən bu hadisə baş verib. Qadının meyiti ekspertiza üçün morqa aparılıb.

Əldə etdiyimiz digər məlumata görə, mərhumun həyat yoldaşı polis əməkdaşları tərəfindən dindirilmək üçün saxlanılıb. Hadisənin detalları araşdırılır.

32gun.az-ın əldə etdiyi məlumata görə, 24 yaşlı Şəfayət İsmayılovanın nərdivanın altında qalaraq vəfat etməsi ilə ailənin üzərindəki müəmmalı ölümlərin sayı dördə çatıb.

Son bir il ərzində ailədə ardıcıl itkilər baş verib. Hadisələrin hamısı ayın 8-də qeydə alınıb. Keçən ilin avqustunda ailənin iki yaşlı körpəsi vəfat edib. Sentyabr ayında isə ata və ana dünyasını dəyişib. Bu ilin iyununda yeni doğulmuş körpə ölüb. Sonuncu faciə isə iyulun 8-də baş verib – Şəfayət İsmayılova həyatını itirib.

Ailə üzvlərinin eyni tarixlərdə bir-birinin ardınca vəfat etməsi hadisəyə müəmmalı məzmun qatır. Hazırda hüquq-mühafizə orqanları araşdırmanı davam etdirir.

Ayaz

-->

Oxşar Xəbərlər