
Ağstafa rayonunun Qırılı kəndi ərazisində yerləşən yol nişanları qırılıb və yararsız vəziyyətə düşüb.
"32gun.az" xəbər verir ki, sakinlər narazılıqlarını dilə gətirib
Onlar bildirirlər ki, ərazidə heç bir nəzarət və yoxlama yoxdur, bu isə həm piyadalar, həm də sürücülər üçün təhlükə yaradır.
Yol infrastrukturuna diqqətsizlik və nişanların bərpasının gecikməsi qəza riskini artırır, kənd sakinləri isə aidiyyəti qurumlardan məsələyə operativ müdaxilə gözləyirlər.
Ayaz
.
.
.
.
.
.
.
.