SOSIAL ÖZ XƏBƏR

DVX  Bakıdakı məşhur kafedə yoxlama apardı, cərimələdi - Vergi borcu da var

"MEZZO LOUNGE" Məhdud Məsuliyyətli Cəmiyyətinin – paytaxtda fəaliyyət göstərən məşhur Mezzo Lounge kafesinin vergi borcu 27.962,13 AZN təşkil edir.

Əldə etdiyimiz digər məlumata görə, müəssisəyə qarşı Operativ vergi nəzarəti çərçivəsində – əhalilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti üzrə tərtib edilən AKT-a əsasən 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Qeyd edək ki, hüquqi şəxs olaraq "Mezzo Lounge" MMCnin qanuni təmsilçisi Mərdan Hüseynov Fəxrəddin oğludur.

Ayaz 

Oxşar Xəbərlər