
Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Sanator-Kurort Reabilitasiya Mərkəzi" publik hüquqi şəxsin digər kommunal xidmətlərin – o cümlədən telefon xətlərinin çəkilməsi və oxşar işlərin satın alınması üzrə elan etdiyi tender baş tutmayıb.
11 iyul 2025-ci il tarixində keçirilməsi nəzərdə tutulan satınalma proseduru ləğv edilib. Rəsmi səbəb olaraq, satınalmada iştirak etmək üçün təklif və onun təminatını təqdim etmiş, həmçinin tələb olunduqda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması göstərilib. Bu hal 36.1.1-ci maddəyə əsasən tenderin ləğvi ilə nəticələnib.
Layihə üzrə ehtimal olunan qiymət 38.340,00 manat təşkil edirdi.
Qeyd edək ki, Sanator-Kurort Reabilitasiya Mərkəzinin direktoru Mürsəl Mürsəlovdur.
Ayaz