HADİSƏ ÖZ XƏBƏR

Bakıda metro stansiyasında qadının halı pisləşdi – polis və təcili yardım hadisə yerinə çağırıldı

Bu gün, iyulun 15-də Bakının mərkəzində yerləşən 28 May metro stansiyasında insident yaşanıb. Təxminən 30-35 yaşlarında olan bir qadının qəfil halı pisləşib.

32gun.az-ın hadisə yerində olan əməkdaşının  verdiyi məlumata görə, qadın stansiyanın çıxışına doğru hərəkət edərkən müvazinətini itirərək yerə yıxılıb. Ətrafdakı sərnişinlər dərhal kömək etməyə çalışıblar. Qısa müddət sonra əraziyə polis əməkdaşları da gəlib.

Qadının vəziyyəti sabitləşmədiyi üçün yerindən tərpədilməsi mümkün olmayıb. Daha sonra ətrafdakılar onu ehtiyatla qaldıraraq skamyaya uzadıblar və təxirəsalınmaz olaraq təcili tibbi yardım çağırılıb.

Ayaz

 

.

Oxşar Xəbərlər