SOSIAL ÖZ XƏBƏR

"METRO CİNEMA" MMC riskli vergi ödəyicisi elan edilib

"METRO CİNEMA" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi qanunvericiliyini pozub.

32gun.az xəbər verir ki, şirkət riskli vergi ödəyicisi siyahısına daxil edilib.

Şirkət Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 1, mənzil 46 ünvanında yerləşir.

Məlumata görə, şirkətin qanuni təmsilçisi Emil Sultanov Rauf oğludur. Hüquqi şəxsin nizamnamə kapitalı 4 milyon 238 min 593 manat təşkil edir.

Riskli vergi ödəyicisi statusu, adətən, vergi qanunvericiliyinin pozulması halları ilə əlaqədar olaraq tətbiq edilir. Məsələ ilə bağlı əlavə rəsmi açıqlama verilməyib.

Ayaz 

Oxşar Xəbərlər