
"Duzdağ" otelinə maliyyə sanksiyası tətbiq edilib
"Naxçıvanda fəaliyyət göstərən “Duzdağ Estate" MMC-yə (tanınmış “Duzdağ” otel) qarşı Operativ vergi nəzarəti çərçivəsində yoxlama aparılıb.
32gun.az xəbər verir ki, Yoxlama nəticəsində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə işəgötürən arasında əmək müqavilələrinin hüquqi qüvvəyə minmədiyi müəyyən edilib. Bu səbəbdən tərtib olunan AKT-a əsasən şirkətə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.
Qeyd edək ki, “Duzdağ Estate" MMC-nin qanuni təmsilçisi Nəşad Osmanlıdır. Şirkətin nizamnamə kapitalı isə 20 milyon manat təşkil edir.
Nilay