SİYASƏT

Bakıda milli mətbuatın 150 illiyi qeyd olundu – Media nümayəndələri təltif edildi

İyulun 22-də Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib.

32gun.az xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyevin yubiley münasibətilə media nümayəndələrinə ünvanladığı müraciət səsləndirilib.

Müraciəti Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra dövlət başçısının Sərəncamı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı bir qrup media nümayəndəsinə təqdim olunub.

Tədbirdə həmçinin yubileylə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.

Rəsmi hissədən sonra proqram bədii çıxışlarla davam etdirilib.

Yubiley tədbirində televiziya kanallarının, xəbər agentliklərinin, tanınmış çap və onlayn media platformalarının rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Nilay 

Oxşar Xəbərlər