MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Xalq artisti Nəsibə Zeynalovanın həyat yoldaşı ilə nadir fotosu yayılıb

Sosial şəbəkələrdə Xalq artisti Nəsibə Zeynalovanın həyat yoldaşı Mütəllim Novruzovla birlikdə çəkilmiş nadir fotosu yayılıb.

32gun.az xəbər verir ki, Ağ-qara üslubda olan bu arxiv görüntüsü sənətsevərlərin marağına səbəb olub.

Qeyd edək ki, Nəsibə Zeynalova 1916-cı il aprelin 20-də Bakıda anadan olub. Onun atası Kərbəlayı Cahangir həm tanınmış tacir, həm də dövrünün sevilən aktyorlarından biri idi. Məhz Cahangir Zeynalov Azərbaycan milli realist aktyor məktəbinin banisi hesab olunur.

İlk və yeganə övladı olan Nəsibənin aktyor olması atası üçün böyük bir arzu olub. Təəssüf ki, o, bu arzusunun gerçəkləşdiyini görə bilməyib. Lakin Nəsibə Zeynalova atasının arzularını inamla həyata keçirərək Azərbaycan teatr və kino sənətinin əvəzolunmaz simalarından birinə çevrilib.

Xalq artistinin həyat və sənət yolu bu gün də yeni nəsillər üçün ilham mənbəyidir.

Nilay 

Oxşar Xəbərlər