MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Telman Adıgözəlovun gənclik fotosu və çəkiliş zamanı yaşanan maraqlı hadisə sosial şəbəkədə gündəm oldu

Azərbaycan televiziya, teatr və kino aktyoru, aparıcı, Azərbaycan Respublikasının xalq artisti (2006) Telman Adıgözəlovun gənclik illərinə aid fotosu sosial şəbəkələrdə yayılıb.

32gun.az xəbər verir ki, paylaşım qısa müddətdə maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub.

Foto aktyorun 1990-cı illərdə çəkildiyi “Qurama” filmindən bir kadrdır. Paylaşımda qeyd olunub ki, Telman Adıgözəlov həmin filmdə taksi sürücüsü obrazını canlandırırmış. Məhz bu rolun çəkilişi zamanı maraqlı və bir qədər də təsirli bir hadisə yaşanıb.

Belə ki, səhnə çəkilişi zamanı ərazidən keçən yaşlı bir kişi maşında əyləşmiş Telman Adıgözəlovu görüb, tanıyaraq təəssüflə “ay Telman müəllim” deyə içini çəkib və heç nə demədən ordan uzaqlaşıb. Hadisənin şahidi olan çəkiliş heyəti vəziyyəti anlayaraq, qocanın aktyorun ehtiyac üzündən taksi sürücüsü işlədiyini zənn etdiyini başa düşüb.

Bu duyğulu hadisə ilə birlikdə paylaşılan foto, Telman Adıgözəlovun sənət yoluna və aktyorluq məharətinə bir daha işıq salıb. Sosial şəbəkə istifadəçiləri sənətkarı hörmətlə anaraq onun sənətə sadiqliyini və yaradıcılıq yolunda keçdiyi mərhələləri təqdir ediblər.

Nilay 

Oxşar Xəbərlər