SOSIAL ÖZ XƏBƏR

“SEDAM” MMC-nin 600 min manatlıq tenderini  Fazil Məmmədovla əlaqəli şirkət udub

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin tabeliyində fəaliyyət göstərən “SEDAM” MMC, İKT və elektrik avadanlıqlarının satın alınması üçün “ATA Texnologiya” MMC ilə 604.154,10 manat dəyərində satınalma müqaviləsi imzalayıb.

Rəsmi məlumatlara əsasən, “ATA Texnologiya” MMC 15 oktyabr 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi, ev 102-də yerləşir. Nizamnamə kapitalı 100.000 manat olan şirkətin qanuni təmsilçisi Yusifov Mais Əmir oğludur.

Qeyd edək ki, “ATA Texnologiya” MMC-nin təsisçisi “ATA Holdinq”dir. Şirkətin rəsmi veb-səhifəsində də bu əlaqə açıq şəkildə göstərilib. “ATA Holdinq” isə uzun illər Azərbaycanın vergilər naziri olmuş, 2022-ci ildə vəfat edən Fazil Məmmədovun şirkəti kimi tanınır.

Fazil Məmmədov 2000–2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb. O, 2022-ci ildə dünyasını dəyişib.

Ayaz 

Oxşar Xəbərlər