ÖZ XƏBƏR

Naxçıvan Dövlət Universiteti 70 min manata "aftafa" almayıb - RƏSMİ MÖVQE

Xəbər verdiyimiz kimi, "Naxçıvan Dövlət Universiteti" Publik Hüquqi Şəxs tərəfindən keçirilən 70169,89 AZN-lik "təmir-tikinti materiallarının satınalınması" tenderində qalib “GÜVƏN LUX” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Satınalınan avadanlıqlar arasında krantlar (qab yuyan üçün, aftafalı), uzadıcı (traynik 5 metr) və su krantı üçün qoşa şlank yer alır.

Bununla bağlı 32gun.az-a Naxçıvan Dövlət Universitetindən təkzib xarakterli məlumat göndərilib.

Məlumatda qeyd edilib:

"Yayımlanan məlumat həqiqətə uyğun deyil. Universitet tərəfindən aparılan satınalma prosedurlarında heç bir halda “aftafa” adlı məhsul üzrə tender keçirilməmiş, bu adda məhsul alınmamışdır.

 Məqalədə adı çəkilən “GÜVƏN LUX” MMC ilə bağlanmış müqavilə təmir-tikinti işləri çərçivəsində texniki təyinatlı məhsulların (müxtəlif növ krantlar, borular, şlanqlar və s.) tədarükünü əhatə edir. Bu məhsullar arasında ictimai şəkildə təqdim olunduğu kimi sanitar-gigiyenik məqsədli “aftafa” anlayışına uyğun hər hansı məhsul yoxdur.

Jurnalist etikası və media haqqında qanunvericiliyə əsasən, hər bir media subyekti yaydığı məlumatın obyektivliyinə və dəqiqliyinə cavabdehdir. Təəssüf ki, sözügedən materialda bu prinsiplər pozulmuş, ictimai rəyə təsir etmək məqsədi güdən manipulyativ və təhrif olunmuş mətn yayımlanmışdır".

Qeyd edək ki, tender və alınacaq məhsullar Dövlət satınalmalarının vahid internet portalında öz əksini tapıb.

Ayaz 

Oxşar Xəbərlər